Топ-100
Back

ⓘ Elm və həyat, jurnal. Elm və həyat - Azərbaycanda nəşr olunan elmi-publisistik jurnal. Elm və həyat jurnalı nəşrə başladığı ilk vaxtdan elmi biliklərin təbliğin ..



Elm və həyat (jurnal)
                                     

ⓘ Elm və həyat (jurnal)

Elm və həyat - Azərbaycanda nəşr olunan elmi-publisistik jurnal. "Elm və həyat" jurnalı nəşrə başladığı ilk vaxtdan elmi biliklərin təbliğində, Azərbaycan elminin tanıdılmasında böyük rol oynayıb. Azərbaycanın tarixi, ədəbiyyatı, etnoqrafiyası ilə bağlı məqalələrlə yanaşı, fizika, kimya, kibernetika, astronomiya və sair elm sahələrinə aid yazılar oxuculara təqdim edilir.

                                     

1. Tarixi

Jurnal 1961-ci ildə Azərbaycan Respublika" Bilik” Cəmiyyətinin orqanı kimi fəaliyyətə başlayıb, 1992-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin, Arxeologiya və Etnoqrafiya İnstitutunun və redaksiya kollektivinin təsisçiliyi ilə çıxıb.

Jurnalda indiyədək 5 min azərbaycanlı alimin məqaləsi dərc edilib. 1998-ci ildə" Elm və həyat” keçid dövründə peşəkarlığını, səmtini qoruyub saxladığına görə Meksikada təsis edilmiş" Qran Pri” mükafatına layiq görülüb.

1961-ci ildən nəşrə başlayan "Elm və həyat" jurnalının Azərbaycanın mətbuat və maarifçilik tarixində özünəməxsus yeri vardır. Həsənbəy Zərdabinin yaratdığı "Əkinçi" qəzetinin maarifçilik ənənələrini davam etdirən "Elm və həyat" nəşrə başladığı vaxtdan elmi biliklərin təbliğində böyük rol oynayıb. Jurnal alimlər ordusunun tribunasına çevrilərək, elmdə qazanılan uğurların salnaməsini yazıb.

"Elm və həyat" Azərbaycan mətbuatında elmi kəşfləri, ixtiraları, elmi yenilikləri təbliğ edən yeganə elmi-kütləvi dərgi kimi tanınıb. 2011-ci ildə 50 yaşı tamam olan jurnal bu gün də üzərinə düşən maarifçilik missiyasını şərəflə yerinə yetirir.

Jurnalın ilk redaktoru Cavanşir Şirinov, fəxri baş redaktoru isə akademik Abdulla Qarayev olub. Respublika "Bilik" Cəmiyyətinin orqanı kimi fəaliyyətə başlayan "Elm və həyat" tezliklə öz auditoriyasını taparaq oxucular arasında şöhrət qazanıb. 10 min tirajla nəşrə başlayan bu jurnala abunə olunanların sayı ilbəil artıb. "Elm və həyat" ın oxucularının sorağı Sibirdən, Saxalindən, Vilnüsdən, Kiyevdən, Minskdən, Riqadan və s. yerlərdən gəlirdi. Zaman keçdikcə jurnalın tirajı 140 min nüsxəyə çatdı.

Elmin elə bir sahəsi yoxdur ki, o barədə jurnalda məqalə dərc olunmasın. Azərbaycanın tarixi, ədəbiyyatı, etnoqrafiyası bu jurnalda çap olunan yazılarda öz əksini tapıb. Fizika, kimya, kibernetika, astronomiya və sair elm sahələrində alimlərimizin qazandığı uğurlarla oxucular tanış olub. Jurnalda respublikamızın görkəmli alimlərindən Abdulla Qarayev, Həsən Əliyev, Həsən Abdullayev, Ziya Bünyadov, Lətif İmanov və başqaları müxtəlif məqalələrlə çıxış ediblər. Jurnalın mövzu dairəsi çox rəngarəngdir. Azərbaycanın bitki örtüyü, faydalı qazıntıları, bu və ya digər elmlər sahəsində aparılan tədqiqatlar, alimlərimizin dünyaya inteqrasiyası, bəşər elminə verilən tövhələr barədə məlumatlar jurnalın səhifələrində öz əksini tapıb.

"Elm və həyat" jurnalı 1992-ci ilədək "Bilik" cəmiyyətinin, 1992-ci ildən isə AMEA-nın Rəyasət Heyətinin, Arxeologiya və Etnoqrafiya İnstitutunun 1995 və "Elm və həyat" jurnalının jurnalist kollektivinin təsisçiliyi ilə nəşr olunur. Ötən 50 il ərzində elmi publisistikanın formalaşmasında "Elm və həyat" jurnalının əhəmiyyətli rolu olub. Ülkər Hüseynova, Əlisa Nicat, Ə.Nemət, Maral Poladova, Mehparə Axundova, Aqil Abbas,Rəşad Məcid, Arif Quliyev və başqalarının yazıları bu jurnalın səhifələrində işıq üzü görüb.

90-cı illərdə – yəni keçid dövründə maddi vəsaitin olmaması ucbatından jurnalın nəşr olunmasında müəyyən çətinlik yaransa da, nəşri dayanmadı. Adı Beynəlxalq mətbuat kataloquna düşən jurnal öz simasını qoruyub saxlaya bildiyinə görə 1998-ci ildə Meksikada təsis olunan "Qran Pri" mükafatına layiq görülüb.

Hazırda jurnalın baş redaktoru AMEA-nın prezidenti, akademik Akif Əlizadə, baş redaktorun müavinləri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli və AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin rəisi Zülfüqar Fərzəliyev, məsul katibi isə AMEA-nın" Mətbuat orqanları şöbəsi” nin rəis müavini, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Turan Rəhimovadır.

                                     

2. Jurnalın redaksiya heyəti

Jurnalın redaksiya heyətində ölkəmizin görkəmli alimləri təmsil olunub:

  • Akademik Ramiz Məmmədov - AMEA Akad. H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru;
  • AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru Nərgiz Axundova - İctimai Elmlər Bölməsinin akademik-katibi;
  • Akademik Vaqif Fərzəliyev - AMEA Aşqarlar Kimyası İnstitutunun direktoru;
  • Akademik Kamal Abdullayev - Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri;
  • Akademik Dilqəm Tağıyev - AMEA-nın Kimya Elmləri Bölməsinin akademik-katibi, Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun direktoru;
  • Akademik Qərib Məmmədov - AMEA-nın Aqrar Elmlər Bölməsinin akademik-katibi;
  • AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə - AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru;
  • Abdulla Hacı Nəriman oğlu Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Ölkədaxili layihələr sektorunun müdiri;
  • AMEA-nın müxbir üzvü Namiq Cəlilov - AMEA Şamaxı Astrofizika Rəsədxanasının direktoru vəzifəsini icra edən
  • Akademik Tofiq Nağıyev - AMEA-nın vitse-prezidenti, "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin direktoru;
  • Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elçin Babayev - Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru;
  • Akademik İsmayıl Hacıyev - AMEA-nın Naxçıvan Bölməsinin sədri;
  • Akademik Rasim Əliquliyev - AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru;
  • Akademik İbrahim Quliyev - AMEA-nın vitse-prezidenti;
  • Filologiya üzrə fəlsəfə doktoru Xatirə Hüseynova - Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İnformasiya təminatı sektorunun müdiri.
  • AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru Nazim Məmmədov - Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, Fizika İnstitutunun direktoru;
  • Akademik Teymur Kərimli - AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru;
  • Akademik Fuad Əliyev - AMEA-nın Gəncə Bölməsinin sədri;
  • Akademik Əhliman Əmiraslanov - AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi;
  • Pedaqogika üzrə fəlsəfə doktoru Oktay Səmədov - Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru;
  • Akademik Ömər Eldarov - Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru;
  • Akademik Vasim Məmmədəliyev - Bakı Dövlət Universitetində ərəb filologiyası kafedrasının müdiri, ilahiyyat fakültəsinin dekanı;
                                     

3. Baş redaktorları

  • Ülkər Hüseynova - 1995-1997
  • Mahmud Kərimov - 2003-2013
  • Aydın Səlimzadə - 1993-1995
  • Həsən Mehdiyev - 1975-1993
  • Abdulla Qarayev - 1961-1964
  • Ramiz Mehdiyev - 2019-cu ildən
  • Hidayət Bağırov
  • Akif Əlizadə - 2013-cü ildən
  • Rza Şahvələd - 1964-1975
  • Ağamehdi Əhədov

Encyclopedic dictionary

Translation
Free and no ads
no need to download or install

Pino - logical board game which is based on tactics and strategy. In general this is a remix of chess, checkers and corners. The game develops imagination, concentration, teaches how to solve tasks, plan their own actions and of course to think logically. It does not matter how much pieces you have, the main thing is how they are placement!

online intellectual game →