Топ-100
Back

ⓘ Analitik fəlsəfə - XX əsrin ənənəvi fəlsəfi dünyaörüşlərinə qarşı çıxmaqla yaradılmış fəlsəfi bir məktəb. Bu məktəb həmçinin analiz, lingivistik analiz, məntiqi ..



Analitik fəlsəfə
                                     

ⓘ Analitik fəlsəfə

Analitik fəlsəfə - XX əsrin ənənəvi fəlsəfi dünyaörüşlərinə qarşı çıxmaqla yaradılmış fəlsəfi bir məktəb. Bu məktəb həmçinin analiz, lingivistik analiz, məntiqi analiz, fəlsəfi analiz, Kembric analiz məktəbi və Oksford fəlsəfəsi kimi adlarla da tanınmışdır.

                                     

1. Yaradıcılar və nümayəndələr

Analitik fəlsəfənin qurucuları Kəmbric filosoflari G.E.Moore və Bertrand Russell olmağla birlikdə hər iki filosof da Alman filosofu və riyaziyyatçi Gottlob Frege və bu fəlsəfənin ən görkəmli nümayəndələrindən Alman və Avstriya əsilli Ludwig Wittgenstein, Rudolf Carnap, Kurt Gödel, Karl Popper, Hans Reichenbach, Herbert Feigl, Otto Neurath ve Carl Hempel kimi alimlərdən təsirlənmişdilər. İngiltərədə Rusell və Mooreni C. D. Broad, L. Stebbing, Gilbert Ryle, A. J. Ayer, R. B. Braithwaite, Paul Grice, John Wisdom, R. M. Hare, J. L. Austin, P. F. Strawson, William Kneale, G. E. M. Anscombe və Peter Geach, Amerikada isə Max Black, Ernest Nagel, C. L. Stevenson, Norman Malcolm, W. V. Quine, Wilfrid Sellar və Nelson Goodman Avstralyada A. N. Prior, John Passmore və J. J. C. Smart davam etdirmişdir.

                                     

2. Əsas yanaşma

Analitik fəlsəfə mütləq varlığı və idealist görüşünə qarşı çıxmış bir istiqamətdir. Analitik fəlsəfədə biliklərlə bağlı anlayışların linqivistik cəhətdən analiz edilməsi və fəlsəfədə qarışıq və mürəkkəb mənalı kəlimələrin və ya anlayışların, hətta yanlış qurulan sualların təhlili ilə məşğul olur.

                                     

3. Analitik fəlsəfə barədə əlavə məlumatlar

Analitik fəlsəfə pozitivizmin 20-ci əsrdəki müasir şəklidir. Neo-pozitivizm və ya məntiqçi pozitivizm olaraq da bilinən bu anlayışa görə fəlsəfənin əsl məşğuliyyət sahəsi dildir.

Bu yanaşmaya görə fəlsəfə varlıq, dəyər və tanrı barəsində doğruluğu test edilə bilməyən təlimlər irəli sürməməlidir. Fəlsəfənin vəzifəsi dildəki anlayışları təhlil etməkdir. Bu fəlsəfə anlayışına görə elmə əsaslanan bilgi doğru bilgidir. Bir bilginin doğru olub olmadığını anlamaq üçün də bilginin analizi lazımdır. Bu məqsədlə elmin istifadə etdiyi mülahizələrin quruluşu incələnir. Bu da dil analizidir.

Analitik fəlsəfəyə görə fəlsəfədə ortaya çıxan problemlərdən biri qeyri-səlis məntiqi nəticələr, digəri fərqli mənaları olan sözlərin bir birinə qarışdırılmasıdır. Bu səbəblərdən qaynaqlanan problemləri həll etmək üçün də qeyri-səlis məntiqi nəticələr yerinə açıq-aydın məntiqi nəticələr yaratmaq və tək mənalı sözlərdən meydana gəlmiş süni bir dil sistemi qurmaq gərəkdir.

Encyclopedic dictionary

Translation
Free and no ads
no need to download or install

Pino - logical board game which is based on tactics and strategy. In general this is a remix of chess, checkers and corners. The game develops imagination, concentration, teaches how to solve tasks, plan their own actions and of course to think logically. It does not matter how much pieces you have, the main thing is how they are placement!

online intellectual game →