Топ-100
Back

ⓘ Elm nəşriyyatı. Azərbaycan Milli Elmlər Akademiyasının Nəşriyyatı 1945-ci ildə yaradılmışdır. 1997-ci ildən AMEA-nın redaksiya-nəşriyyat işləri Elm” Redaksiya, ..



Elm nəşriyyatı
                                     

ⓘ Elm nəşriyyatı

Azərbaycan Milli Elmlər Akademiyasının Nəşriyyatı 1945-ci ildə yaradılmışdır. 1997-ci ildən AMEA-nın redaksiya-nəşriyyat işləri" Elm” Redaksiya, Nəşriyyat və Poliqrafiya Mərkəzində cəmləşdirilmişdir. Hazırda bu işləri AMEA Rəyasət Heyəti aparatının nəzdində" Elm” nəşriyyatı davam etdirir. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti aparatının nəzdində fəaliyyət göstərən nəşriyyat əsasən elmin müxtəlif sahələrinə dair monoqrafiyalar, elmi məcmuələr, lüğətlər terminoloji, ikidilli və çoxdilli, klassiklərin çoxcildlik əsərlərini, elmi-kütləvi kitabçalar, elmi jurnallar, biblioqrafik ədəbiyyat buraxan ixtisaslaşmış nəşriyyatdır.

Elm” nəşriyyatının ilk direktorlarından biri akademik Ziya Bünyadov olmuşdur. Müxtəlif illərdə bu müəssisəyə Əjdər Xanbabayev, Faiq Məlikov., F.S.Əhmədov, Ə.N.Novruzova, professor Şirindil Alışanov başçılıq edib. 2019-cu ildən "Elm" nəşriyyatının direktoru Səbuhi Qəhrəmanovdur. 2019-cu ildən etibarən" Elm” nəşriyyatının işinin günün tələbləri səviyyəsində qurulması, fəaliyyət istiqamətlərinin genişləndirilməsi üçün zəruri tədbirlər görülür. Bu məqsədlə AMEA Rəyasət Heyəti" AMEA-nın" Elm” nəşriyyatının fəaliyyətinin təkmilləşdirilməsi üzrə 2019-2020-ci illər üçün Tədbirlər planı”nı təsdiq edib. Tədbirlər planına əsasən," Elm” nəşriyyatının yeni korporativ imicinin formalaşdırılması, maddi-texniki bazasının gücləndirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, müasir tələblər səviyyəsində rəsmi veb-saytının hazırlanması və s. nəzərdə tutulur., 2019-cu ildə "Elm" nəşriyyatı rebrendinq edib, özünün yeni loqosunu və şüarını müəyyənləşdirib." Elm” nəşriyyatının yeni loqosu elm və kitabın simvolik vəhdətindən ibarətdir. Loqo cəmiyyətin intellektual tərəqqisini təmin edən elmin dəyərli kitabların mütaliəsindən doğması fikrini özündə ehtiva edir. Nəşriyyatın şüarı isə" Elm – tərəqqiyə aparan yol”dur. "Elm" nəşriyyatı çap etdiyi AMEA-nın elmi jurnallarının beynəlxalq elmi mərkəzlərlə əlaqələrinin gücləndirilməsi istiqamətində işlər görür. Bu məqsədlə nəşriyyat ABŞ-ın" EBSCO” məlumat bazası ilə əməkdaşlığa başlayıb. Qurumlar arasında imzalanmış razılaşmaya əsasən, AMEA Rəyasət Heyətinin təsisçisi olduğu beynəlxalq" Türkologiya” jurnalı elmi tədqiqatlar və nəşrlər bazası olan" EBSCO”ya daxil edilib.

                                     

1. Elmi jurnallar

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 14 adda elmi jurnalının nəşrini həyata keçirir.

AMEA-nın "Sosial elmlər" jurnalı

1958-ci ildən nəşr olunan jurnalın baş redaktoru akademik Nərgiz Axundovadır. İldə 4 dəfə Azərb. və rus dillərində çap olunur. Tel.: +994 12 492-59-37

                                     

1.1. Elmi jurnallar Azərbaycan Kimya Jurnalı

1959-cu ildən nəşr olunan jurnalın baş redaktoru akademik Dilqəm Tağıyevdir. İldə 4 dəfə ingilis dilində çap olunur. Məsul katib: k.i.f.d. Rəna Mirzəyeva. Tel.: +994 12 539 41 59 168, 188; Sayt: www.akj.az/az

                                     

1.2. Elmi jurnallar Azərbaycan Riyaziyyat Jurnalı

2011-ci ildən nəşr olunan jurnalın baş redaktoru AMEA-nın müxbir üzvü Bilal Bilalovdur. İldə 2 dəfə ingilis dilində çap olunur. Məsul şəxs: Aida Quliyeva. Tel.: +994 12 538 72 50; Sayt: www.azjm.org

                                     

1.3. Elmi jurnallar AMEA Türkologiya Jurnalı

Türkologiya” jurnalı SSRİ Elmlər Akademiyası və Azərbaycan SSR Elmlər Akademiyasının birgə nəşri kimi" Sovetskaya Türkologiya” adı ilə 1970-ci ildən nəşr olunmağa başlamışdır." Sovetskaya Türkologiya” adı ilə 1992-ci ilə qədər bu adla fəaliyyət göstərən jurnal 1993-ci ildən bugünə qədər" Türkologiya” adı ilə nəşr olunur. 1970-1987-ci illərdə akademik Məmmədağa Şirəliyev, 1987-1992-ci illərdə Edhem Tenişev, 1992-2014-ci illərdə akademik Ağamusa Axundov, 2014-2016-ci illərdə akademik Tofiq Hacıyev" Türkologiya” jurnalının baş redaktorları olmuşlar. Hazırda jurnalın baş redaktoru akademik Kamal Abdullayevdir.

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 17 fevral 2016-cı il tarixli qərarı ilə akademik Kamal Abdullayev jurnalın baş redaktoru, AMEA-nın həqiqi üzvləri Möhsün Nağısoylu və Muxtar İmanov baş redaktorun müavinləri, Elçin İbrahimov isə məsul katib vəzifəsinə təyin olunmuşlar. AMEA Rəyasət Heyətinin müvafiq qərarından sonra jurnal, dilçiliklə yanaşı, ədəbiyyat, tarix, fəlsəfə, mifologiya, yazılı abidələr, mədəniyyət və incəsənət, türkoloji mərkəzləri ilə bağlı məqalə yazıların çapına da qərar verilmişdir.

Azərbaycan, türk, rus və ingilis dillərində məqalə çapını həyata keçirən jurnal türkologiya elminin tarixini və günümüzdəki problemlərini, türk xalqlarının tarixi və mədəni zənginliklərini, dünya türkoloji mərkəzlərinin fəaliyyəti ilə əlaqələr yaradaraq, türkologiyanın aktual problemlərini səhifələrində çapını başlıca məqsəd olaraq qarşıya qoymuşdur.

Türkologiya” jurnalının ildə dörd sayı nəşr olunur. Redaksiyaya daxil olan yazılar əvvəlcə jurnalın tələblərinə uyğunluq baxımından yoxlanıldıqdan sonra rəy üçün müvafiq sahə üzrə mütəxəssislərə göndərilir.

Türkologiya” jurnalı eyni zamanda öz nəzdində türkoloji seminarlar təşkil edir. Ayda bir dəfə jurnalın redaksiyasında keçirilən seminarda: müxtəlif elm sahələrinin nümayəndələrini maraqlandıran elmi-praktik problemlər ölkəmizdə və dünyada aparılan türkoloji tədqiqatların müzakirələri aparılır." Türkologiya” jurnalı 2017-ci ildə: MLA-nın Modern Language Association, New-York/USA, SAJI Scholar Article Journal Index,Amsterdam/Hollandiya, SIS Scientific Indexing Services, Texas/USA, TEI Turkish Educational İndex, Ankara/Türkiyə, SOBİAD Sosyal Bilimler Atıf Dizini, Elazığ/Türkiyə, 2018-ci ildə isə Almaniyada Berlində fəaliyyət göstərən COSMOS İMPACT FACTOR beynəlxalq indeksləşdirmə biblioqrafiyasına daxil edilmişdir. Əlaqə: Tel.: +994 12 537 20 83 / 81; Sayt: www.turkologiya.org; E-mail: elchinibrahimov85 mail.ru



                                     

1.4. Elmi jurnallar AMEA Xəbərləri. FTR seriyası İnformatika və İdarəetmə problemləri buraxılışı

1997-ci ildən nəşr olunan jurnalın baş redaktoru akademik Nazim Məmmədovdur. İldə 2 dəfə Azərb., ing. və rus dillərində çap olunur. Buraxılışa məsul akademik Telman Əliyev. Məsul şəxs: Natalya Belyayeva. Tel.: +994 12 510 26 35; Sayt: www.isi.az

                                     

1.5. Elmi jurnallar AMEA Xəbərləri. FTR seriyası Fizika və Astronomiya buraxılışı

1934-ci ildən nəşr olunan jurnalın baş redaktoru akademik Nazim Məmmədovdur. İldə 2 dəfə Azərb., ing. və rus dillərində çap olunur. Məsul katib: f r.ü.f.d. Almaz Xəlilova. Tel.: +994 12 539 33 15; Sayt: physics.gov.az

                                     

1.6. Elmi jurnallar AMEA Xəbərləri:Biologiya və Tibb Elmləri

1945-ci ildən nəşr olunan jurnalın baş redaktoru akademik Əhliman Əmiraslanovdur. İldə 3-4 dəfə Azərb., ing. və rus dillərində çap olunur. Məsul katib: b.ü.f.d. Nurməmməd Mustafayev Tel.: +994 12 538 11 64; Sayt: www.jbio.az

                                     

1.7. Elmi jurnallar AMEA-nın "Sosial elmlər" jurnalı

1958-ci ildən nəşr olunan jurnalın baş redaktoru akademik Nərgiz Axundovadır. İldə 4 dəfə Azərb. və rus dillərində çap olunur. Tel.: +994 12 492-59-37

                                     

1.8. Elmi jurnallar AMEA-nın Xəbərləri. Humanitar elmlər seriyası

1966-ci ildən nəşr olunan jurnalın baş redaktoru akademik İsa Həbibbəylidir. İldə 2-4 dəfə Azərb., ingilis və rus dillərində çap olunur. Məsul katib: Həlimə Mehdiyeva. Tel.: +994 12 492 97 07

                                     

1.9. Elmi jurnallar AMEA Xəbərlər Məcmuəsi

2014-ci ildən nəşr olunan jurnalın baş redaktoru akademik Akif Əlizadədir. İldə 4 dəfə Azərb., ing. və rus dillərində çap olunur. Məsul katib: Adilə İsrafilova. Tel.: +994 12 539 27 70; Sayt: www.science.az

                                     

1.10. Elmi jurnallar Terminologiya məsələləri

2000-ci ildən nəşr olunan jurnalın baş redaktoru akademik Akif Əlizadədir. İldə 2 dəfə Azərb., türk, ing. və rus dillərində çap olunur. Redaktor məsul katib: prof. Sayalı Sadıqova. Tel.: +994 12 510 20 56

                                     

1.11. Elmi jurnallar AMEA Gənc tədqiqatçı jurnalı

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının" Gənc Tədqiqatçı” adlı Elmi-praktiki jurnalı AMEA Rəyasət Heyətinin 12. mart 2015 tarixli 8/4 saylı Qərarı ilə nəşr edilir." Gənc tədqiqatçı” jurnalı Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 31.03.2017-ci il tarixli Prot.№06-R iclasının Qərarı ilə pedaqogika elmləri istisna olmaqla, qalan bütün elmlər üzrə Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması üçün tövsiyə edilən dövri elmi nəşrlər siyahısına daxil edilmişdir.

Jurnalın Məsləhət Şurasının sədri AMEA-nın prezidenti, akademik Akif Əlizadədir. Baş redaktor isə AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanovdur. Redaxsiya şurasına yer elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Abbasov, kimya üzrə fəlsəfə doktoru Əfsun Sucayev, fizika üzrə fəlsəfə doktoru Nuranə Əliyeva, filologiya üzrə fəlsəfə doktoru, dosent Eşqanə Babayeva, biologiya üzrə fəlsəfə doktoru Səbinə Bünyadova, fizika üzrə fəlsəfə doktoru Əminə Mikayılova, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə daxildir. Jurnal ildə 2 dəfə Azərb., ing. və rus dillərində çap olunur. Məsul katib: k.ü.f.d. Faiq Məmmədov Tel.: +994 12 539 25 79; Sayt: www.gencalimler.az



                                     

1.12. Elmi jurnallar AMEA Elm və həyat jurnalı

Jurnal 1961-ci ildə Azərbaycan Respublika" Bilik” Cəmiyyətinin orqanı kimi fəaliyyətə başlayıb, 1992-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin, Arxeologiya və Etnoqrafiya İnstitutunun və redaksiya kollektivinin təsisçiliyi ilə çıxıb.

Jurnalda indiyədək 5 min azərbaycanlı alimin məqaləsi dərc edilib. 1998-ci ildə" Elm və həyat” keçid dövründə peşəkarlığını, səmtini qoruyub saxladığına görə Meksikada təsis edilmiş" Qran Pri” mükafatına layiq görülüb.

1961-ci ildən nəşrə başlayan "Elm və həyat" jurnalının Azərbaycanın mətbuat və maarifçilik tarixində özünəməxsus yeri vardır. Həsənbəy Zərdabinin yaratdığı "Əkinçi" qəzetinin maarifçilik ənənələrini davam etdirən "Elm və həyat" nəşrə başladığı vaxtdan elmi biliklərin təbliğində böyük rol oynayıb. Jurnal alimlər ordusunun tribunasına çevrilərək, elmdə qazanılan uğurların salnaməsini yazıb.

"Elm və həyat" Azərbaycan mətbuatında elmi kəşfləri, ixtiraları, elmi yenilikləri təbliğ edən yeganə elmi-kütləvi dərgi kimi tanınıb. 2011-ci ildə 50 yaşı tamam olan jurnal bu gün də üzərinə düşən maarifçilik missiyasını şərəflə yerinə yetirir.

Jurnalın ilk redaktoru Cavanşir Şirinov, fəxri baş redaktoru isə akademik Abdulla Qarayev olub. Respublika "Bilik" Cəmiyyətinin orqanı kimi fəaliyyətə başlayan "Elm və həyat" tezliklə öz auditoriyasını taparaq oxucular arasında şöhrət qazanıb. 10 min tirajla nəşrə başlayan bu jurnala abunə olunanların sayı ilbəil artıb. "Elm və həyat" ın oxucularının sorağı Sibirdən, Saxalindən, Vilnüsdən, Kiyevdən, Minskdən, Riqadan və s. yerlərdən gəlirdi. Zaman keçdikcə jurnalın tirajı 140 min nüsxəyə çatdı.

Elmin elə bir sahəsi yoxdur ki, o barədə jurnalda məqalə dərc olunmasın. Azərbaycanın tarixi, ədəbiyyatı, etnoqrafiyası bu jurnalda çap olunan yazılarda öz əksini tapıb. Fizika, kimya, kibernetika, astronomiya və sair elm sahələrində alimlərimizin qazandığı uğurlarla oxucular tanış olub. Jurnalda respublikamızın görkəmli alimlərindən Abdulla Qarayev, Həsən Əliyev, Həsən Abdullayev, Ziya Bünyadov, Lətif İmanov və başqaları müxtəlif məqalələrlə çıxış ediblər. Jurnalın mövzu dairəsi çox rəngarəngdir. Azərbaycanın bitki örtüyü, faydalı qazıntıları, bu və ya digər elmlər sahəsində aparılan tədqiqatlar, alimlərimizin dünyaya inteqrasiyası, bəşər elminə verilən tövhələr barədə məlumatlar jurnalın səhifələrində öz əksini tapıb.

"Elm və həyat" jurnalı 1992-ci ilədək "Bilik" cəmiyyətinin, 1992-ci ildən isə AMEA-nın Rəyasət Heyətinin, Arxeologiya və Etnoqrafiya İnstitutunun 1995 və "Elm və həyat" jurnalının jurnalist kollektivinin təsisçiliyi ilə nəşr olunur. Ötən 50 il ərzində elmi publisistikanın formalaşmasında "Elm və həyat" jurnalının əhəmiyyətli rolu olub. Ülkər Hüseynova, Əlisa Nicat, Ə.Nemət, Maral Poladova, Mehparə Axundova, Aqil Abbas,Rəşad Məcid, Arif Quliyev və başqalarının yazıları bu jurnalın səhifələrində işıq üzü görüb.

90-cı illərdə – yəni keçid dövründə maddi vəsaitin olmaması ucbatından jurnalın nəşr olunmasında müəyyən çətinlik yaransa da, nəşri dayanmadı. Adı Beynəlxalq mətbuat kataloquna düşən jurnal öz simasını qoruyub saxlaya bildiyinə görə 1998-ci ildə Meksikada təsis olunan "Qran Pri" mükafatına layiq görülüb.

Hazırda jurnalın baş redaktoru AMEA-nın prezidenti, akademik Akif Əlizadə, baş redaktorun müavinləri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli və AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin rəisi Zülfüqar Fərzəliyevdir. Tel.: +994 12 510 68 29



                                     

2. Mühüm əsərlər

Lüğətlər

  • İzahlı yeni terminlər lüğəti." Elm”, Bakı, 2018, – 240 səh.
  • İzahlı dilçilik terminləri lüğəti." Elm”, Bakı, 2018, – 912 səh.

Elmi populyar əsərlər

  • Институт катализа и неорганической химии 80 лет. "Элм", Баку, 2016, – 496 стр.
                                     

2.1. Mühüm əsərlər Elmi əsərlər

  • S.K.Cəfərova, Ş.C.Muxtarova. Azərbaycanın şirin sularının diatom yosunları." Elm”, Bakı, 2018, – 240 səh.
  • Türk ədəbiyyatına ilk qədəm / müntəxibləri: M.Mahmudbəyov, A.Səhhət; transfon. ed., nəşrə haz., ön sözün müəl. S.Nəsirova; elmi məsl. A.Əliyeva-Kəngərli; elmi red. Ə.Məmmədbağıroğlu; rəy.: Q.Cəfərova, M.Mailoğlu." Elm”, Bakı, 2018. – 307 səh.
  • Əlyazmalar İnstitutunda mühafizə olunan dövri mətbuatın kataloqu." Elm”, Bakı,: 2018, – 360 səh.
  • Фарида Велиханова. Наука Азербайджана и переводоведение. "Элм", Баку, 2018, – 198 стр.
  • Mir Möhsün Nəvvab. Təzkireyi-Nəvvab." Elm”, Bakı, 2018, – 738 səh.
  • M.B.Babanlı, A.M.Mehdiyeva, E.K.Mehdizadə. İnnovasiya strategiyasının formalaşdırılması." Elm”, Bakı, 2018, – 166 səh.
  • Üzeyir Hacıbəyli arxivinin təsviri." Elm”, Bakı, 2018, – 440 səh.
  • D.Tağıyev, M.Manafov, A.Məmmədov. Kimyada informasiya texnologiyalarının tətbiqi." Elm”, Bakı, 2018, – 358 s.
  • Kitabi-Dədə Qorqud” dastanının qrammatik tədqiqi fonetik; morfoloji və sintaktik təhlil." Elm”, Bakı, 2018, – 492 səh.
  • Azərbaycan musiqi tarixi. Üçüncü cild." Elm”, Bakı, 2018, – 752 səh.
  • Baba Məhərrəmli. Azərbaycan dilində isim kökləri." Elm”, Bakı, 2018, – 140 səh.
  • H.C.Mehdiyev. Naxçıvan Muxtar Respublikası dağ torpaqlarının mineraloji tərkibi və onun kənd təsərrüfatında əhəmiyyəti." Elm”, Bakı, 2018, – 136 səh.
  • X.B.Məmmədov. Müasir dövrdə ərazi bütövlüyü prinsipinin və millətlərin öz müqəddəratını təyinetmə hüququnun yeni aspektləri mövqeyindən dövlətlərarası münaqişələrdə ərazi faktoru." Elm”, Bakı, 2018, – 396 səh.
  • Tofiq Hacıyev. Cəbrayıl şivəsi." Elm”, Bakı, 2018, – 412 səh.
                                     

2.2. Mühüm əsərlər Lüğətlər

  • İzahlı yeni terminlər lüğəti." Elm”, Bakı, 2018, – 240 səh.
  • İzahlı dilçilik terminləri lüğəti." Elm”, Bakı, 2018, – 912 səh.
                                     

2.3. Mühüm əsərlər Biblioqrafiyalar

  • Möhsün Zellabdin oğlu Nağısoylu: biobiblioqrafik göstərici / Tərt.: Könül Mirzəyeva, Səmənnaz Həsənova; red. Nərgiz Novruzova." Elm”, Bakı, 2018, – 204 səh.
  • Muxtar Kazım oğlu İmanov: biobiblioqrafik göstərici / tərt. N.Əskər; elmi red. K.Məmmədova." Elm”, Bakı, 2018, – 130 səh.
  • Əhəd Ələkbər oğlu Yaqubov: biobiblioqrafik göstərici." Elm”, Bakı, 2018, – 150 səh.
  • Azad Xəlil oğlu Mirzəcanzadə: biobiblioqrafik göstərici / Еlmi red. B.Ə.Süleymanov; tərt. O.Ə. Zeynalova; red. N.İ. Novruzova." Elm”, Bakı, 2018, – 216 səh.
  • Əli Nəcəfqulu oğlu Nuriyev: biobiblioqrafik göstərici / tərt.: Z.Ə.Cabbarova, Ş.Z.Əfəndiyeva; red.: A.M.Əliyev." Elm”, Bakı, 2018, – 174 səh.
  • Əhliman Tapdıq oğlu Əmiraslanov: biobiblioqrafik göstərici." Elm”, Bakı, 2018, – 264 səh.
  • Zemfira Yusif qızı Səfərova: biobiblioqrafik göstərici / tərt. Mahnur Həsənova; red. Nərgiz Novruzova." Elm”, Bakı, 2018, – 142 səh.
  • Aqil Əlirza oğlu Əliyev: biobiblioqrafik göstərici / tərt.red.: A.Məmmədova; elmi red.: K.Məmmədova." Elm”, Bakı, 2018, – 108 səh.
  • Azərbaycan Xalq Cümhuriyyəti – 100: elmi biblioqrafiya." Elm”, Bakı, 2018, – 418 səh.
  • Zümrüd Əliqulu qızı Quluzadə: biobiblioqrafik göstərici / tərt.red.: K.Məmmədova; nəşrə məsul N.Novruzova." Elm”, Bakı, 2018, – 165 səh.
  • Musa Mirzə oğlu Əliyev: biobiblioqrafik göstərici / tərt. K. Mahmudova; red. N.Novruzova." Elm”, Bakı, 2018, – 120 səh.
  • Əjdər Əkbər oğlu Məcidov: biobiblioqrafik göstərici / Tərt. A.Məmmədova; red. N.Novruzova." Elm”, Bakı, 2018, – 114 səh.
                                     

2.4. Mühüm əsərlər Elmi populyar əsərlər

  • F.Səfiyeva. Bir ömrün iziylə." Elm”, Bakı, 2018, – 296 səh.
  • C.Bəylərov. Ləyaqətlə yaşanan ömür." Elm”, Bakı, 2018, – 200 səh.
  • M.H.Seyidbəyli, R.K.Mirzəbəyova, G.N.Əliyeva. Kimyanın tarixinə dair oçerk." Elm”, Bakı, 2018, – 152 səh.
  • D.A.Nağıyeva-Muxtarova. Hər ömür bir tamaşa., Bakı gecələri." Elm”, Bakı, 2018, – 460 səh.
  • M.H.Seyidbəyli, S.Ə.Nemətzadə. Astronomiyanın tarixinə dair oçerk." Elm”, Bakı, 2018, – 140 səh.
  • M.H.Seyidbəyli, G.Y.Mehdiyeva, A.R.Bədəlova. Fizikanın tarixinə dair oçerk." Elm”, Bakı, 2018, – 216 səh.
  • M.H.Seyidbəyli, A.P.Əhmədov, S.D.Məmmədova. Biologiyanın tarixinə dair oçerk." Elm”, Bakı, 2018, – 168 səh.
  • M.H.Seyidbəyli, Z.B.Əliyev, N.A.Nuriyev, C.D.Qasımlı. Coğrafiyanın tari-xinə dair oçerk." Elm”, Bakı, 2018, – 112 səh.
                                     

2.5. Mühüm əsərlər Elmi əsərlər

  • The Realities of Genocide Collection of articles." Elm”, Baku, 2017, – 256 pages.
  • Г.Г.Кулиев. Парадигма вечного круговорота материи в космологии. "Элм", Баку, 2017, – 360 стр.
  • А.Б.Садыгов. Модели и технологии решения задач управления в чрезвычайных ситуациях. "Элм", Баку, 2017, – 372 стр.
  • Teymur Bünyadov. Ana laylası beşik nəğməsidi., IV kitab," Elm”, Bakı, 2017, – 328 səh.
  • Ə.T.Əmiraslanov, H.K.Muradov. Dayaq-hərəkət orqanları şişlərində neoplastik angiogenez." Elm”, Bakı, 2017, – 532 səh.
  • Vaqif Abışov. Şamaxı qəzasında Azərbaycan xalqına qarşı soyqırımı." Elm”, Bakı, 2017, – 120 səh.
  • Ф.Д.Гасанов. Микроэлементы нижнеплиоценовых отложений Южно-Каспийской впадины. "Элм", Баку, 2017, – 210 стр.
  • Güntəkin Nəcəfli. Şərqi Anadolu, Naxcıvan və İrəvan bölgəsində ermənilərin türk-müsəlman əhaliyə qarşı törətdikləri soyqırımlar 1918–1920." Elm”, Bakı, 2017, – 248 səh.
  • Y.M.Mahmudov. Real history and confabulation on great Armenia." Elm”, Baku, 2017, – 152 pages.
  • В.М.Аббасов, Л.И.Алиева, Е.Ш.Абдуллаев, А.Г.Талыбов, Т.А.Исмайлов, Н.И.Мурсалов,С.А.Мамедханова, З.З.Агамалиев, Н.Ш.Рзаева, И.Т.Исмайлов, Л.М.Эфендиева. Реагенты и продукты для нефтяной, газовой, нефтеперерабатывающей и нефтехимической промышленностей." Элм”, Баку, 2017, – 436 стр.
  • Я.М.Махмудов. Реальная история и вымысел о "Великой Армении". "Элм", Баку, 2017, – 148 стр.
  • A.İ.Mustafazadə, N.H.Cəfərli. İslam hüququ insan hüquqları kontekstində." Elm”, Bakı, 2017, – 220 səh.
  • Nigar Gozəlova. Azərbaycanın turk-musəlman əhalisinin soyqırımı Britaniya Kitabxanasının arxiv sənədlərində 1918–1920." Elm”, Bakı, 2017, – 76 səh.
  • Ceyran xanım Mirqasımova. Bir ananın hekayəti." Elm”, Bakı, 2017, – 136 səh.
  • Azərbaycan musiqi tarixi. İkinci cild. Bakı." Elm”, Bakı, 2017, – 584 səh.
  • Güntəkin Nəcəfli. Urmiya bölgəsində azərbaycanlılara qarşı soyqırımı 1917‐1918. ATASE sənədləri əsasında." Elm”, Bakı, 2017, – 112 s.
  • Fəridə Əzizova. Klassik ərəb poeziyasında Azərbaycan şairləri: genezis, poetika VIII-XI əsrlər." Elm”, Bakı, 2017, – 200 səh.
  • Vaqif Abışov. Quba qəzasında Azərbaycan xalqına qarşı soyqırımı." Elm”, Bakı, 2017, – 96 səh.
  • Nigar Bakıxanova. Ömrün səhifələri." Elm”, Bakı, 2017, – 124 səh.
  • Yaqub Mahmudov. Azərbaycan xalqının İrəvan və ətrafındakı torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır üç dildə." Elm”, Bakı, 2017, – 68 səh.
  • Натиг Мамедзаде. Геноцид азербайджанцев в Карабахском регионе Азербайджана 1918–1920. "Элм", Баку, 2017. – 342 стр.
  • Y.M.Mahmudov. Real tarix və" Böyük Ermənistan” uydurması." Elm”, Bakı, 2017, – 144 səh.
  • Kamran İsmayılov. Zəngəzurda Azərbaycan xalqına qarşı soyqırımı 1918–1920." Elm”, Bakı, 2017, – 248 səh.
  • Мамедъяров М.А. Синтетические эфирные смазочные масла. "Элм", Баку, 2017, – 396 стр.
  • XX əsr Azərbaycan ədəbiyyatı məsələləri. IV kitab." Elm”, Bakı, 2017, – 236 səh.
  • Ильгар Нифталиев. Геноцид азербайджанцев в Иреванской губернии 1918–1920. "Элм", Баку, 2017, – 188 стр.
  • Nazim Mustafa. İrəvan quberniyasında azərbaycanlıların soyqırımı 1918–1920." Elm”, Bakı, 2017, – 328 səh.
  • Vaqif Abışov. Bakıda Azərbaycan xalqına qarşı 1918-ci il mart soyqırımı." Elm”, Bakı, 2017, – 220 səh.
  • Ровшан Велизаде. Мецаморская АЭС – Экологическая бомба для региона. "Элм", Баку, 2017, – 380 стр.
  • Əli Rəcəbli. Qafqaz pulları." Elm", Bakı, 2016, – 340 səh.
                                     

2.6. Mühüm əsərlər Seçilmiş əsərlər

  • Möhsün Nağısoylu. Seçilmiş əsərləri 2 cilddə. II cild." Elm”, Bakı, 2017, – 652 səh.
  • Tofiq Hacıyev. Seçilmiş əsərləri.II cild." Elm”, Bakı, 2017, – 490 səh.
  • Tofiq Hacıyev. Seçilmiş əsərləri. I cild II hissə." Elm”, Bakı, 2017, – 448 səh.
  • Möhsün Nağısoylu. Seçilmiş əsərləri 2 cilddə. I cild." Elm”, Bakı, 2017, – 634 səh.
  • Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası kitablar seriyası. Ceyhun Hacıbəyli. Seçilmiş əsərləri." Elm”, Bakı, 2017, – 368 səh.
                                     

2.7. Mühüm əsərlər Biblioqrafiya

  • Şahbaz Muradov: biobiblioqrafik göstərici / tər.: Kəmalə Məmmədova, Mülayim Əmirli; red.: Kəmalə Məmmədova. Bakı, Elm, 2017, – 438 səh.
  • Akif Musayev: biobiblioqrafik göstərici / tərt.: Afət Məmmədova; red. Kəmalə Məmmədova." Elm”, Bakı, 2017, – 160 səh.
  • Vəli Yusif oğlu Axundov: biobiblioqrafik göstərici." Elm”, Bakı, 2017, – 140 səh.
  • İlyas Babayev: biobiblioqrafik göstərici / tərt.: Təranə Rüstəmova; red.: Kəmalə Məmmədova." Elm”, Bakı, 2017, – 144 səh.
  • Əliyar Səfərli: biobiblioqrafik göstərici / tərt.: A.Məmmədova; red.: K.Məmmədova." Elm”, Bakı, 2017, – 152 s.
                                     

2.8. Mühüm əsərlər Elmi əsərlər

  • Развитие научных связей на новом этапе: диалог и сотрудничество. "Элм", Баку, 2016, – 141 стр.
  • A.Əsədova. Multikulturalizm – mədəniyyət fəlsəfəsinin yeni mərhələsi kimi." Elm”, Bakı, 2016, – 48 səh.
  • Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası kitablar seriyası. I cild. Məhəmməd Əmin Rəsulzadə. Mühacirət dövrü ədəbi-elmi irsindən seçmələr." Elm”, Bakı, 2016, – 356 səh.
  • Мультикультурализм: тенденции и реальность коллектив авторов. "Элм", Баку, 2016, – 192 стр.
  • Б.Т.Билалов. Некоторые вопросы аппроксимации. "Элм", Баку, 2016, –390 стр.
  • С.В.Алиев. Фауна, распространение и биоэкологические особенности совок Азербайджана Lepidoptera, Noctuidae. "Элм", Баку, 2016, – 412 стр.
  • Abdullayev F. XXI əsrin geosiyasətində yeni paradiqma: Miqrasiya." Elm”, Bakı, 2016, – 416 səh.
  • F.T.Xəlil-zadə. Elementar zərrəciklər fizikasının əsasları." Elm”, Bakı, 2016, – 212 səh.
                                     

2.9. Mühüm əsərlər Seçilmiş əsərlər

  • Tofiq Hacıyev. Seçilmiş əsərləri. I cild I hissə." Elm”, Bakı, 2016, – 496 səh.
  • Yaşar Qarayev. Seçilmiş əsərləri 5 cilddə, IV cild." Elm”, Bakı, 2016, – 776 səh.
  • Yaşar Qarayev. Seçilmiş əsərləri 5 cilddə, V cild." Elm”, Bakı, 2016, – 728 səh.
                                     

2.10. Mühüm əsərlər Elmi populyar əsərlər

  • Институт катализа и неорганической химии 80 лет. "Элм", Баку, 2016, – 496 стр.

Encyclopedic dictionary

Translation
Free and no ads
no need to download or install

Pino - logical board game which is based on tactics and strategy. In general this is a remix of chess, checkers and corners. The game develops imagination, concentration, teaches how to solve tasks, plan their own actions and of course to think logically. It does not matter how much pieces you have, the main thing is how they are placement!

online intellectual game →